247
Dünya 27 Sentyabr 2021, 02:00

«Taliban» dəbli saç düzümü və saqqal təraş etməyi qadağan etdi

«Taliban» hərəkatının administrasiyası Əfqanıstanın cənubunda, Gilmend vilayətində, dəbli saç düzümü və saqqal təraş etməyi qadağan edib. Bu barədə RİA-Novosti xəbər yayıb.  

Yeni qadağalar barədə “İslam əmirliyi” nümayəndələrinin kişi bərbərxanalarının rəhbərləri ilə Laşkargah şəhərində görüşündən sonra xəbər verilib. Saç düzümü və saqqal təraş etməklə bağlı qadağalardan başqa, administrasiya nümayəndələri bərbərxanalarda musigiyə də qulaq asmamağı xahiş ediblər.

virtualaz.org

Xəbərlər