199
Dünya 26 Sentyabr 2021, 18:57

ABŞ ordusu Suriyada əməliyyat keçirdi

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus vertolyotlar Suriyanın Deyr əz-Zor əyalətindəki Fərat çayının şərq sahilində əməliyyat keçirib. Bu barədə SANA agentliyi məlumat yayıb.

Əməliyyat zamanı amerikalı hərbçilər yaşayış binalarına və köməkçi tikililərə atəş açıblar. Şahidlərin dediyinə görə, əməliyyat zamanı azı üç mülki şəxs ölüb.

Oxşar əməliyyat Deyr əz-Zor əyalətinin şimalındakı kəndlərdə də həyata keçirilib.

Xəbərlər