373
Dünya 22 Sentyabr 2021, 21:23

Tibb bacısı qadına vaksin vurdu və onun əri tərəfindən döyüldü

Kanadanın Kvebek şəhərinin sakini onun icazəsi olmadan arvadına koronavirus peyvəndini vurduğuna görə tibb bacısının üzünə yumruqla vurub. Hal-hazırda bu kişini polis axtarır. Bu barədə Reuters yazır.

"Şübhəli bilinən şəxs birbaşa otağa girib və tibb bacısına qışqırmağa başlayıb", - polis sözçüsü Martin Karyer deyib.

O əlavə edib ki, kişi, həyat yoldaşının "icazəsi olmadan" vaksin vurduğundan "şoka düşüb" və tibb bacısının üzünə yumruqla vurub. Karyer, şübhəlinin peyvənd əleyhdarı olub-olmaması haqqında məlumat verməyib.

virtualaz.org

Xəbərlər