121
Dünya 20 Sentyabr 2021, 00:19

Türkiyədə koronavirus: sutka ərzində 213 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 213 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 338 873 nəfər test edilib, onların 26 398-nin koronavirus testi pozitiv nəticə verib, 27 160 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 105 110 950 peyvənd tətbiq edilib ki, bunun 84,8 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Xəbərlər