212
Dünya 19 Sentyabr 2021, 20:44

Belarus-Polşa sərhədində qadın cəsədi tapıldı

Belarus-Polşa sərhədində qadın meyiti tapılıb. Bu barədə "BelTA" məlumat yayıb.

Qeyd olunur ki, ilkin məlumata görə, qadın bir qrup başqa miqrantla birlikdə Polşadan qovulub. Usovo sərhəd zastavasının rəisi vəzifəsini icra edən Yevgeniy Omesyanın sözlərinə görə, "şərq görünüşlü" qadın cəsədi Belarus-Polşa sərhədindən bir metr aralıda tapılıb.

Meyitin yanında beşdən yeddi yaşa qədər olan üç uşaq, bir kişi və yaşlı bir qadın var idi. Məlum olub ki, onların hamısı İraq vətəndaşıdır. Hazırda uşaqlara lazımi psixoloji və tibbi yardım göstərilir.

virtualaz.org

Xəbərlər