136
Dünya 19 Sentyabr 2021, 19:37

Kanadada atışma: ölən və yaralananlar var

Kanadada atışma olub. Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, hadisə Torontoda baş verib. Şəhərin mərkəzi hissəsində qeydə alınan silahlı insident nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə 3 yaralını aşkarlayıb. Lakin onlardan biri təcili yardım maşınının gəlişinə qədər ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərlər