1245
Dünya 19 Sentyabr 2021, 19:14

Fransa İsveçrə ilə də münasibətləri kəsdi

Fransa prezidenti Emmanuel Makron noyabrda planlaşdırılan İsveçrəyə səfərini ləğv edib. RİA Novosti Avropa mətbuatına istinadən xəbər verir ki, səbəb İsveçrənin fransız qırıcıları almaqdan imtina etməsidir.

Qeyd olunur ki, Fransa prezidenti, bu qərarını İsveçrə səlahiyyətlilərinə səfir vasitəsi ilə çatdırıb. Səfər 6 ay ərzində planlaşdırılırdır.

Fransa lideri həmçinin 2022-ci ilin yayına qədər İsveçrə ilə bütün yüksək səviyyəli ikitərəfli təmasları qadağan edib. Təmaslar səfirlər vasitəsi ilə davam edəcək.

virtualaz.org

Xəbərlər