152
Dünya 19 Sentyabr 2021, 18:53

Liviyada hərbi helikopterlər toqquşub: ölənlər var

Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb. Bu barədə TASS-a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə bildirib.

"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, - mənbə agentliyə deyib. O, qeyd edib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub.

Onun sözlərinə görə, ikinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin başvermə şərti ilə bağlı araşdırmalara başlanılıb.

Xəbərlər