95
Dünya 15 Sentyabr 2021, 23:13

Türkiyədə mikroavtobus qəzaya uğradı

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Mardin şəhərində qeydə alınıb. Midyat-İdil magistral yolunda mikroavtobusun idarəetmədən çıxması nəticəsində 10 nəfər yaralanıb. Qəzanın baş verdiyi əraziyə yol polisi, təcili yardım və xilasedicilər cəlb edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Xəbərlər