195
Dünya 15 Sentyabr 2021, 23:00

Tehran "düşmən agentlərinin" İranda terror aktları hazırladığını bildirib

İranda "düşmən ölkələrin kəşfiyyat xidmətləri" ilə əlaqəli bir terror qrupu müəyyən edilib. Bu barədə İranın Tasnim xəbər agentliyi ölkənin kəşfiyyat nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, ölkə daxilində bir çox həyatı əhəmiyyətli obyektlərdə terror aktları planlaşdıran bir terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib və Kəşfiyyat Nazirliyinin əməliyyatından sonra həmin qruplaşma məğlub edilib.

virtualaz.org

Xəbərlər