210
Dünya 15 Sentyabr 2021, 20:01

Böyük Britaniyanın yeni xarici işlər naziri təyin edildi

Liz Trass Böyük Britaniyanın yeni xarici işlər naziri təyin edilib. Bu barədə “RİA Novosti” xəbər verir. Qeyd olunur ki, bundan əvvəl o, beynəlxalq ticarət naziri vəzifəsində olub.

Bundan başqa, Böyük Britaniya hökumətində digər dəyişikliklər də baş verib. Belə ki, Dominiko Raab xarici işlər naziri vəzifəsindən istefa verib və ədliyyə naziri təyin olunub.

Həmçinin təhsil naziri Gavin Uilyamson istefa verib. Bununla yanaşı, baş prokuror Robert Bakland da vəzifəsindən gedib. 

 

Xəbərlər