236
Dünya 15 Sentyabr 2021, 19:15

"Barselona"nın prezidenti azarkeşlərdən üzr istədi

İspaniyanın "Barselona" futbol komandasının prezidenti Joan Laporta azarkeşlərə müraciət edib. Xarici KİV-lərin xəbər verdiyinə görə, 59 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Almaniyanın "Bavariya" komandasına məğlub olduğuna görə fanatlardan üzr istəyib.

O, tərəfdarları səbrli olmağa çağırıb: "Mən də sizin kimi qəzəbli və məyusam. Baş verənlər düşündüyümüz ssenarilərdən biridir. Səbrli olmağınızı və komandaya dəstəyinizi davam etməyinizi xahiş edirəm. Həmçinin klub rəhbərliyinə etibar edin. Bu inama ehtiyacımız var və vəziyyəti düzəldəcəyimizə heç bir şübhəmiz yoxdur".

Xatırladaq ki, "Barselona" E qrupundakı ilk matçında "Bavariya"ya 0:3 hesabı ilə uduzub. 

Xəbərlər