372
Dünya 15 Sentyabr 2021, 13:04

ABŞ-ın yeni pilotsuz təyyarəsi: havada F-35 qırıcısına yanacaq doldurur...

ABŞ-ın “Boeing” şirkətinin işləyib hazırladığı MQ-25 “Stingray” pilotsuz təyyarəsinin təyyarədaşıyanlar üçün nəzərdə tutulmuş beşinci nəsil F-35C Lightning II qırıcısına havada yanacaq doldurub. Müvafiq videonu “Boeing” şirkəti özünün YouTube kanalında yerləşdirib.

Yanacaqdoldurma əməliyyatı sentyabrın 13-də İllinoys ştatının Maskut şəhərindəki Sent-Luis aeroportu yaxınlığında, səmada baş verib. “The Drive” nəşri qeyd edir ki, bundan əvvəl MQ-25 “Stingray” pilotsuz təyyarəsinin köməyi ilə F/A-18F “Super Hornet” (təyyarədaşıyanlar üçün qırıcı-bombardmançı) təyyarəsi və yenə də uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi E-2D “Advanced Hawkeye” havada yanacaq götürmüşdü.

Pilotsuz təyyarənin ilk uçuşu 2019-cu ildə olub və hazırda onun sınaqları davam etdirilir. Təyyarələrə havada yanacaq doldurulması ilə yanaşı PUA kəşfiyyat məqsədi ilə də istifadə olunacaq. İlk MQ-25 “Stingray” PUA-ları “Corc Buş” təyyarədaşıyanı alacaq. ABŞ Hərbi Dəniz Qüvvələri cəmi 75 belə PUA almağı planlaşdırır. Pilotsuz təyyarələrin təchizatı 2025-ci ilə qədər başlamalıdır.

 

virtualaz.org

Xəbərlər