116
Dünya 15 Sentyabr 2021, 10:28

Gürcüstanda koronavirus ilə vəziyyət gərgin olaraq qalır

Gürcüstanda son sutkada daha 2 515 nəfərdə koronavirus aşkarlanıb, 2 829 nəfər müalicə olunaraq sağalıb, 60 pasiyent vəfat edib. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə indiyədək ümumilikdə 587 551 nəfər COVID-19-a yoluxub. Onların 551 780-i sağalıb, 8 347-si dünyasını dəyişib.

Hazırkı aktiv xəstə 27 398 sayı nəfər təşkil edir.

Xəbərlər