213
Dünya 15 Sentyabr 2021, 00:50

Pelenin vəziyyəti yaxşılaşır

Əfsanəvi futbolçu Pele intensiv terapiya şöbəsindən palataya köçürülüb. Bu barədə braziliyalı keçmiş hücumçunun özü sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib. O, yerdəyişmənin bədənindəki şişin götürülməsi üzrə əməliyyatdan sonra gerçəkləşdiyini bildirib.

Pele gündən-günə özünü xoşbəxt hiss etməyə başladığını vurğulayıb: "Mən həyatımın 90 dəqiqəsini uzatma vaxtı ilə oynamağa köklənmişəm. Tezliklə birlikdə olacağıq".

Xəbərlər