121
Dünya 14 Sentyabr 2021, 23:19

İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Azərbaycan ombudsmanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva qonaqları qarşılayaraq, səfərin önəmi barədə söz açıb və nümayəndə heyətinə öz təşəkkürünü çatdırıb.

Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. 

Səfərin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. (Trend)

Xəbərlər