105
Dünya 14 Sentyabr 2021, 20:35

ABŞ "taliblər"ə qarşı əlavə sanksiyalar tətbiq edə bilər

"Taliban" Əfqanıstanı idarə etməkdə dünya ictimaiyyətinin gözlədiyi şəkildə hərəkət etməsə, əlavə beynəlxalq sanksiyalarla üzləşə bilər. Xarici KİV-lərin yaydığı xəbərə görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

BMT Təhlükəsizlik Şurasının "Taliban"a qarşı tətbiq etdiyi sanksiyalardan bəhs edən dinləmələrə qatılan Blinken deyib ki, hazırkı sanksiyaların ləğv ediləcəyini təsəvvür etmək çətindir.

Bundan əvvəl ABŞ və bir çox digər ölkələr "Taliban"ı Əfqanıstanda insan hüquqlarına hörmət edilməsi və bunun təminatı barədə xəbərdar etmişdi. 

Xəbərlər