155
Dünya 2 Avqust 2021, 15:05

Ermənistanda da "Delta" və Britaniya ştammları aşkarlandı

Ermənistanda yeni növ koronavirus infeksiyasının (COVID-19) "Delta" ştammı və Britaniya ştammı aşkar edilib. "Armenpress" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün pozitiv test nümunələrinin molekulyar genetik tədqiqatı aparılıb.

"Aparılan araşdırmaların növbəti mərhələsində 30 şəxsdən alınmış nümunələrdən 25-də "Delta" və  Britaniya variantları aşkar olunub", - Səhiyyə Nazirliyindən bildirib.

Xəbərlər