455
Dünya 2 Avqust 2021, 15:51

Ermənistanın müdafiə naziri təyin olundu

15:51

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu vəzifəyə bu gün nazirin birinci müavini vəzifəsindən azad edilmiş Arşak Karapetyan təyin olunub.

Xatırladaq ki, A.Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin olunmuşdu. Bundan əvvəl isə o, Baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.

***

13:44

Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib. “Sputnik-Armeniya” xəbər verir ki, müvafiq sərəncamı Nikol Paşinyan imzalayıb.

Xatırladaq ki, Karapetyan bu vəzifəyə 20 iyul tarixində təyin edilib. O, faktiki olaraq, bu postu tərk edən Vaqarşak Harutyunyanın yerinə müdafiə nazirinin vəzifəsini icra edirdi.

Xəbərlər