192
Dünya 2 Avqust 2021, 13:30

Litva sərhədçiləri miqrantları yerləşdirmək üçün 200 konteyner icarəyə götürəcək

Litva Belarusdan daxil olan Asiya və Afrika ölkələrindən 900 qanunsuz miqrantı yerləşdirmək üçün 200 ədəd həcmində blok konteyner icarəyə götürəcək. Bu barədə məlumatı ölkənin Dövlət Sərhəd Xidməti yayıb. Qeyd olunur ki, ilin əvvəlindən Litva-Belarus sərhədində 3832 qanunsuz mühacir saxlanılıb. Bu, 2020-ci il ilə müqayisədə təxminən 50 dəfə çoxdur.

Hal-hazırda Litva miqrantların yerləşdirilməsi problemi ilə üzləşib. Mərkəzi orqanların sərəncamında olan bütün ixtisaslaşdırılmış məntəqələr çoxdan doldurulub. Yerli sakinlər isə miqrantlarla neqativ yanaşırlar və onların yerləşdirilməsinə etiraz edirlər.

Mayın sonunda Aleksandr Lukaşenko ölkəsinin qanunsuz miqrantların qonşu dövlətlərə keçməsinə imkan vermədiyini deyib. Lakin Belarus prezidenti qeyd edib ki, Qərbin siyasi təzyiqi altında Minsk bu məsələyə yenidən baxa bilər.

Xəbərlər