195
Dünya 2 Avqust 2021, 10:58

Aİ Türkiyədə meşə yanğınları ilə mübarizəyə qoşuldu

Avropa İttifaqı Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün bu ölkəyə yardım göndərib. Virtualaz.org xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Belə ki, Türkiyədə meşə yanğınları ilə əlaqədar Aİ-nin Mülki Müdafiə Mexanizmi aktivləşdirilib və ilkin olaraq yanğınların söndürülməsinə dəstək vermək üçün 3 amifibiya təyyarəsi (Canadair) göndərilib. Bu təyyarənin 1-i Xorvatiyaya, 2-si isə İspaniyaya məxsusdur.

Aİ-nin Böhranın İdarə edilməsi üzrə Komissarı Janez Lenarcic bildirib ki, Aİ bu çətin vaxtda Türkiyə ilə tam həmrəydir. "Mən dəstək verən bütün ölkələrə təşəkkür edirəm. Fikrimiz yanğınlarda həyatını itirmiş şəxslərin doğmlarının, türkiyəlilərin və ölümcül yanğınlarla mübarizə üçün əllərindən gələni edən cəsur yanğınsöndürənlərin yanındadır. Biz əlavə yardım göstərməyə hazırıq", - deyə Aİ Komissarı bildirib.

Bildirilib ki, Aİ-nin Fövqəladə Vəziyyətə Müdaxilə ilə bağlı Koordinasiya Mərkəzi vəziyyəti yaxından izləmək və Aİ-nin əlavə dəstəyi üçün Türkiyə hakimiyyəti ilə müntəzəm əlaqə saxlayır.

Xəbərlər