287
Dünya 31 İyul 2021, 00:52

Uzaq Qvatemalada: prezidentə cinayət işi açmaq istəyən prokuror işdən qovuldu, etirazlar başladı

Cənubi Amerika ölkəsi Qvatemalada minlərlə adam baş prokurorun və prezident Alexandro Cammatteyanın istefası tələbi ilə küçələrə çıxıb. Bu haqda “Reuters” xəbər verir.

Məlumata görə çoxminlik kütlə prezident sarayından baş prokurorun ofisinə doğru yürüş ediblər və əllərində “Cammati, istefa!” şüarı yazılmış transparantlar tutublar. Nümayişçilər avtomobil şinlərinə od vurublar və hökumət binasını mühafizə edən polislərin üzərinə boya püskürdüblər.

Etirazlar isə ötən həftə baş prokuror Mariya Porrasın korrupsiya ilə mübarizə aparan prokuror Xuan Fransisko Sandovalı xüsusi antikorrupsiya prokurorluğunun rəhbəri vəzifəsindən azad etməsidir. Sandoval vəzifəsindən azad ediləndən sonra Qvatemaladan qaçıb və bəyan edib ki, baş prokuror ona prezident Cammateyanın iştirak etdiyi korrupsiya işinin istintaqını aparmağa imkan verməyib. Prezident isə korrupsiya ittihamlarını rədd edir.

Virtualaz.org

Xəbərlər