484
Dünya 30 İyul 2021, 18:45

İsrail neft tankerinə ölümcül hücum

İsrailə məxsus olan “Mercer Street” neft tankerinə ölümcül hücum edilib. Virtualaz.org xəbər verir ki, bunu RİA Novosti operator Zodiac Maritime-a istinadən yazır. Qeyd olunur ki, tankerinin iki heyət üzvü həlak olub.

Hadisə Ərəb dənizində Oman sahillərində baş verib. Hücum nəticəsində Rumıniya və İngiltərə vətəndaşları vəfat edib. Hadisənin təfərrüatları hələ ki araşdırılır. Hücum edənlərin motivləri də məlum deyil.

Ekipaj üzvlərinin ölümü ilə nəticələnən hücum haqda 30 iyul tarixində məlum olub. Hücumun piratlar tərəfindən  həyata keçirilməsi düşünülürdü, lakin bu günə qədər bu məlumat təsdiqlənməyib. Gəminin “Zodiac Group”-un sahibi, İsrail milyarderi Eyal Ofer ilə əlaqəli olduğu qeyd edilir.

virtualaz.org

Xəbərlər