180
Dünya 30 İyul 2021, 14:25

Lukaşenko Belarusda Rusiya qoşunlarının yerləşdirilməsini istisna etmir

Rusiya-Belarus Birlik Dövlətinə təhlükə yarandığı təqdirdə Belarusda rus qoşunları yerləşdirilə bilər, lakin hal-hazırda buna ehtiyac yoxdur. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yerli hakimiyyət nümayəndələri ilə görüşdə deyib.

"Əgər qurduğumuz Birlik Dövlət, Belarus və Rusiya üçün təhlükə əmələ gələrsə, burada dərhal hər növ silahla təchiz olunmuş qoşunlar yerləşdiriləcək. Lakin, indi buna ehtiyac yoxdur, kifayət qədər möhkəm, yığcam silahlı qüvvələrimiz var", - Lukaşenko qeyd edib.

Xəbərlər