197
Dünya 27 İyul 2021, 19:13

Afina yaxınlığında meşə yanğınları tüğyan edir

Afinanın şimal-şərqindəki Stamata və Agios Stefanos qəsəbələrinin sakinləri meşə yanğınları səbəbilə təxliyə olunublar. Paytaxtın şərq qəsəbələri Vironas və Kaysariani yaxınlığındakı dağlıq ərazidə də daha bir yanğın başlayıb. Yanğının nəzarət altına alındığı bildirilir. Yanğını söndürmək üçün 43 nəfər canlı qüvvə, 14 yanğınsöndürən maşın, 2 təyyarə, 2 helikopter cəlb edilib. Ərazidən keçən əsas magistral yol bağlanıb.

Yanğın Xidmətindən son 24 saat ərzində ölkə boyu 40 meşə yanğını barədə xəbər aldıqlarını bildiriblər.

Xəbərlər