167
Dünya 27 İyul 2021, 16:01

Almaniyada kimya zavodunda güclü partlayış baş verib

Almaniyanın cənubunda yerləşən Şimali Reyn-Vestfaliya Federal Torpağının Leverkuzen şəhərindəki zibil poliqonunun ərazisində partlayış olub, beş nəfər itkin düşüb. TASS agentliyinin yaydığı xəbərə görə, hadisənin Almaniyanın “Bayer” kimyəvi-farmokoloji şirkətinin obyektlərindən birində baş verdiyi ehtimal olunur. Bu, Avropanın ən böyük kimyəvi sənaye müəssisələrindən biri sayılır. Partlayışın səbəbi hələlik məlum deyil. Almaniya hökuməti mülki insanları qorumaq məqsədilə partlayışın “fövqəladə təhlükəli” olması barədə xəbərdarlıq edib.

Xəbərlər