148
Dünya 27 İyul 2021, 16:44

Çinin Henan əyalətindəki daşqınlarda 71 nəfər ölüb

Çinin mərkəzi Henan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. TASS agentliyinin yaydığı xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bundan əvvəl 69 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü bildirilirdi. Əyalətin inzibati mərkəzi olan Çjençjoy şəhərində metronun su altında qalması nəticəsində ölmüş daha 2 nəfərin meyiti aşkar edilib.

Daşqınların 13,32 milyon sakinə və 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsinə zərər vurduğu bildirilir.

Yerli hakimiyyət orqanları daşqınlar nəticəsində 10 min tikilinin dağıldığı, 22 min tikiliyə zərər dəydiyini açıqlayıb. Əyalətə 2,15 milyard ABŞ dollarınadək birbaşa zərər dəydiyi güman edilir.

Xəbərlər