365
Dünya 22 İyul 2021, 16:30

Polisə şikayət etdi, nəticəsi olmadı, oğurlanan “Mercedes”ini özü tapdı

[13:09, 22.07.2021] FARHAD m: ABŞ-ın Miçiqan ştatında, Detroyt şəhərində maraqlı hadisə baş verib. Belə ki, 32 yaşlı Byanka Çembers avtomobilini oğurlayan şəxsi özü tapıb. Virtualaz.org “Detroit News”-a istinadən xəbər verir ki, qadın oğrunu gözəllik salonunda yaxalayıb.

Çembersin sözlərinə görə, ağ rəngli “Mercedes Benz” markalı avtomobili “Marshalls” mağazasının parketmə meydançasından qaçırıblar. Həmin günün axşamı qadın öz avtomobilini şəhərin küçələrinin birində görüb. Sükan arxasında tanımadığı bir kişi oturmuşdu və avtomobil hətta işıqforun qırmızı işiğında dayanmadan sürətlə keçmişdi. Oğrunun avtomobili qaçırdığı rayonda belə sakit sürməsini görən qadın özü onu təqib etməyə başlayıb və polisə zəng vurub xəbər verib. Polis əməkdaşları oğrunu tapacaqlarına söz veriblər və qadına oğrunu təqib etməyi qadağan ediblər.

Byanka Çembersin sözlərinə görə, təxminən saat yarımdan sonra o yenə də öz avtomobilini görüb. Bu dəfə qadının ağ “Mercedes”-i geyim dükanının yaxınlığında park edilmişdi. Çembers yenə polisə zəng vurub, lakin cavab verən olmayıb. Bunu görən qadın Facebook-da avtomobilinin fotosu ilə post yerləşdirib , xahiş edib ki, məlumatı olanlar və bu avtomobili görənlər dərhal ona xəbər versin.

Bir neçə gündən sonra Çembersə zəng vurub deyiblər ki, avtomobil “7 Days West” adlı kişi salonunun qarşısında dayanıb. O, göstərilən ünvana gəlib və avtomobilini tapıb. Qadın oğrunun qaçmasına imkan verməmək üçün avtomobilinin təkərlərini zədələyib, kişi salonuna daxil olub və oradan Facebook vasitəsilə canlı yayım açıb. Həmin an avtomobili oğurlayan şəxs saçını düzəltdirirdi və qadın ondan salonun qabağında park edilmiş ağ rəngli “Mercedes”in kimə məxsus olduğunu soruşub. Oğru özünü itirib , nə deyəcəyini bilməyib və tərəflər arasında mübahisə başlayıb. Salonda olanlar qadına kömək edib və təcili polis çağırıblar. Polis əməkdaşları dərhal salona gəlib oğrunu yaxalayıblar.

Virtualaz.org

Xəbərlər