108
Dünya 22 İyul 2021, 09:36

Çində daşqınlar nəticəsində ölənlərin sayı artıb

Çinin mərkəzi Henan əyalətində baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 33-ə çatıb, 8 nəfər itkin düşüb, 3 milyondan çox insan hələ də fəlakət zonasındadır, 256 mindən çox insan təhlükəsiz bölgələrə köçürülüb. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Vilayətin inzibati mərkəzi olan Çjençjoy şəhərində 25 nəfər həyatını itirib, Qunqi şəhərində isə 4 nəfər təbii fəlakətin qurbanı olub.

Qeyd edək ki, Çində iyulun 16-dan etibarən güclü yağan leysan yağışları çaylarda daşqınlara səbəb olub. 

Xəbərlər