340
Dünya 21 İyul 2021, 18:46

Feldmarşal Haftar Moskvaya öz adamlarını göndərib

Liviyanın bir hissəsinə nəzarət edən qiyamçı feldmarşal Xəlif Haftar Moskvaya nümayəndə heyəti göndərib. Bu haqda Haftarın başçılıq etdiyi Liviya Milli Ordusunun nümayəndəsi Xaled əl-Məcub bildirib. Nümayəndə heyətinin Moskvaya səfərinin məqsədi və detalları açıqlanmır. Sonuncu dəfə Haftar özü 2020-ci ilin yanvarında Moskvaya səfər etmişdi.

Onunla eyni vaxtda Liviyanın milli barışıq hökumətinin rəhbəri Faiz Sarac (hazırda baş nazir deyil) də Moskvaya gəlmişdi. Ehtimal edilirdi ki, onlar atəşkəs haqda razılaşma əldə edəcəklər, amma danışıqlar baş tutmamışdı və Haftar paytaxt Tripoliyə hücumları davam etdirmişdi. Lakin Türkiyənin Sarac hökumətinə dəstək verərək Liviyaya öz qüvvələrini göndərməsi və Haftarın ordusuna qarşı “Bayraktar”ları işə salması qiyamçı marşalın planlarını pozdu. O, daha sonra atəşkəsə razılaşmalı oldu.

 

Virtualaz.org

Xəbərlər