462
Dünya 21 İyul 2021, 17:40

19-yaşlı qız təsadüfən ürəyinin sağ tərəfdə olduğunu bilib

19-yaşlı qız təbiətin ona bəxş etdiyi qeyri-adiliyi ilə bir anda məşhurlaşıb. Belə ki, amerikalı gənc qız təsadüfən ürəyinin sağ tərəfdə olduğunu bilib. Bu haqda Vitrualaz.org saytı “Daily Mirror”-a istinadən yazır. ABŞ-ın İllinoys ştatındakı Çikaqo şəhərində yaşayan Kler Makc TikTok-da bir açıqlama yerləşdirərkən yazıb: “Təsadüfən həkimə getdim və gözlənilməz bir xəbər eşitdim. Mən gecə klubunda işləyirəm və, təbii ki,” tez-tez soyuqlayıram. Bu dəfə həkimə getdim və təbiətin mənimlə bu cür zarafat etdiyini bildim”, - Mak yazıb.  

Qeyd olunur ki, Kler Mak iş yerində əlini kəsib və tetanus xəstəliyinə qarşı peyvənd etmək üçün həkimə gedib. Öskürəkdən uzun müddət əziyyət çəkdiyinə görə, qız ciyərlərini də yoxlamaq istəyib. Həkim onun ciyərlərində infeksiya aşkar edib və təcili sürətdə döş qəfəsinin rentgeninə göndərib. Elə o zaman da qızın ürəyinin sağ tərəfdə olduğu müəyyən olunub. Həkim deyib ki, bu anomaliya dekstrokardiya adlanır, və qız mütləq onu müalicə edən həkimə bu barədə xəbər verməlidir. Dekstrokardiya ürək inkişafının nadir rast gəlinən anomaliyalarındandır. Belə hallarda ürəyin əksər hissəsi döş qəfəsinin sol deyil, sağ tərəfində yerləşir. Bu anomaliyaya yeni doğulanların təxminən 1 faizində rast gəlinir. Dekstrokardiya insanın sağlamlığına heç bir təhlükə yaratmır və xüsusi həkim müşahidəsini tələb etmir. (Virtualaz.org)

Xəbərlər