172
Dünya 21 İyul 2021, 14:31

Çində sel zamanı metro tunellərinə su dolub

Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində sel nəticəsində metro tunellərini su basıb. TASS xəbər VERİR Kİ, yerli icra orqanları azı 12 nəfərin öldüyünü və daha beş nəfərin xəsarət aldığını açıqlayıb.

Güclü yağışlar səbəbindən şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda çox miqdarda su toplaşıb. Su sonradan tunelə dolub və yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib. Sərnişinlər olan qatarlardan biri “Haytansıtsze” və “Şakoulu” stansiyaları arasında su basmış hissədə dayanıb. Metro əməkdaşları sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb. 12 nəfərə köməklik göstərmək mümkün olmayıb və onlar ölüblər, beş nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 

Xəbərlər