475
Dünya 19 İyun 2021, 13:38

Rusiyada təyyarə qəzası: ölənlərin sayı 9-a çatdı

Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Yerli KİV-in dəqiqləşdirməsinə görə, paraşütçüləri təlim məşqlərinə aparan L-410 təyyarəsi vilayətin Promışlennı rayonunun Juravlyovo kəndi yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədəki 7 paraşütçü və 2 heyət üzvü həlak olub. Bundan başqa, xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağırdır.

Qəzadan əvvəl təyyarə pilotlarının mühərriklərdən birində nasazlıq yaranması barədə dispetçerə məlumat verdiyi bildirilir. Geri qayıdarkən qəza enişi edən təyyarə qanadının ağaca dəyməsi nəticəsində aşıb.

**09:42

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Promışlennovski rayonunun Juravlyovo kəndi ərazisində baş verib.

Təyyarənin mühərriklərindən birində problem yarandığından o, sərt eniş etmək məcburiyyətində qalıb və bu zaman meşə massivi ilə toqquşub.

Təcili tibbi yardım xidmətinin verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.Ölənlərdən ikisinin pilot olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbərlər