199
Dünya 18 İyun 2021, 19:37

Moskvada COVID-19-a yoluxanların 89,3%-də Hindistan ştammı aşkarlandı

Moskvada koronavirusa yoluxanların təxminən 90%-də Hindistan ştammı aşkar edilib. “RİA Novosti” xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin müsahibə zamanı məlumat verib. Onun sözlərinə görə, yeni ştamm daha sürətlə yayılır.

“Ən pisi də odur ki, bu ştamma müqavimət göstərmək üçün insanın immun sistemi və bədənindəki anticisimlərin sayı Uhan virusuna nisbətən 2 dəfə artıq olmalıdır”, - o əlavə edib.

Xəbərlər