329
Dünya 15 İyun 2021, 22:49

Bu ölkədə 1000-ə yaxın sakinə vaxtı keçmiş peyvənd vuruldu

Nyu-Yorkda 1000-ə yaxın sakinə vaxtı keçmiş “Pfizer” və “BioNTech” peyvəndi vurulub. Bu “New York Post” xəbər verib. Məlumata görə, “Times Square” peyvəndləmə məntəqəsi 899 pasiyentin elektron ünvanına bununla bağlı xəbərdarlıq yollayıb. Məntəqənin operatorunun sözlərinə görə, koronavirusa qarşı vaksinasiyadan sonra preparatın dondurucu kamerada lazım olduğundan daha uzun müddət saxlanıldığı öyrənilib.

Mütəxəssis əmin olduğunu bildirib ki, bu preparatlar insan sağlamlığı üçün mənfi nəticələrə səbəb olmamalıdır. Bundan başqa, vaxtı keçmiş preparatla vaksin olunan Nyu-York sakinlərinin yenidən peyvənd edilməsi də tövsiyə olunub.

Xəbərlər