262
Dünya 14 İyun 2021, 21:31

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində yanğın, ardınca isə partlayış baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğından sonra insanlar tibbi yardım üçün müraciət etməyə davam edirlər: “Son məlumatlara görə, onların sayı 30 nəfərə çatıb. 5 nəfər ambulator yardım alır, qalanları xəstəxanaya yerləşdirilib”.

Onun sözlərinə görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlardan yeddisinin vəziyyəti ağır, qalanlarınınkı orta ağır və ya yüngüldür.

Xəbərlər