210
Dünya 14 İyun 2021, 20:15

Çində bazarda partlayış

İyunun 13-də Çinin Hubey vilayətində yaşayış məhəlləsindəki bazarda təbii qaz sızmasından partlayış baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə vilayət hökumətinin rəsmiləri açıqlama yayıblar.

Bildirilir ki, Şiyan şəhərində səhər saatlarında baş vermiş partlayış nəticəsində 25 nəfər ölüb, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından 35 nəfəri sağ çıxarıblar. 100-ə yaxın yaralı var. Hələ də dağıntılar altında qalanların olduğu deyilir.

Partlayış nəticəsində bazar binası yararsız hala düşüb, bundan başqa ətrafdakı yaşayış və inzibati binalara, habelə avtomobillərə xeyli ziyan dəyib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbərlər