230
Dünya 14 İyun 2021, 17:00

Ağ Ev: “NATO-nun qapıları hər bir Avropa ölkəsi üçün açıqdır”

“NATO-nun qapıları hər bir Avropa ölkəsi üçün açıqdır”.

Bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında qeyd olunub.

“Liderlər istənilən Avropa ölkəsinin üzvlük yolunu təmin edəcək NATO-nun qapılarının açıq olması siyasətini təsdiq edəcək”, - deyə bəyanatda bildirilir.

NATO sammiti ilə bağlı danışan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müavini Ceyk Sallivan bildirib ki, prezident Co Bayden sammitdə həmkarları ilə alyansın yeni konsepsiyasını müzakirə edəcək. Görüş zamanı həmçinin kibertəhlükəsizlik məsələsinin də müzakirə ediləcəyi qeyd olunur.

Xəbərlər