163
Dünya 14 İyun 2021, 15:51

Rusiyada koronavirusdan daha 371 nəfər öldü

Rusiyada son sutka ərzində koronavirusa 13 721 yeni yoluxma halı qeydə alınıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bununla ölkə üzrə virusa yoluxanların sayı 5 222 408 nəfərə çatıb. Son bir gündə həm də 371 xəstə vəfat edib və pandemiya qurbanlarının ümumi sayı 126 801 nəfər olub.

İndiyədək 4 809 647 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

 

Xəbərlər