295
Dünya 11 iyun — 19:19

Rusiyanın İrana verdiyi peyk ABŞ-ı qorxuya saldı

ABŞ İranın Yaxın Şərqdə Moskvanın Tehrana tədarük etməyə hazırlaşdığı “Kanopus B” peykinin köməyi ilə hücum təşkil edəcəyindən narahatdır. Bu barədə məlumatı “Vaşinqton Post” qəzeti yayıb. Məlumata görə, peyk Tehrana regionda hərbi hədəfləri izləməyə imkan verəcək.

Qəzet peykin yaxın aylarda buraxılacağını bildirib: “Bu, dünyada ən yaxşı peyk sistemi deyil, amma o, hərbi hədəflər üçün idealdır. Bu peyk İrana bir neçə saat ərzində hədəfi dəqiq nişan almağa imkan verəcək”.

Xəbərlər