131
Dünya 11 iyun — 17:00

Rusiya Krımda hərbi təlimlər keçirir

Rusiyanın Qara Dəniz Donanmasının aviasiyası zenit raket alayı ilə birlikdə Krımda hərbi təlimlərə başlayıb.

“RİA Novosti” xəbər verir ki, təlimlər ABŞ eskadrilya gəmisinin Qara dəniz akvatoriyasına gözlənilən girişi fonunda baş tutub.

ABŞ-ın 6-cı Donanmasının əvvəlcədən xəbər verdiyi kimi, “Arli Berk” tipli gəminin “Labun” dənizdə təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar aparmaq üçün Aralıq dənizindən Qara dənizə keçidinə başlanılıb. Bu sinif gəmilər qanadlı raketlər ilə yanaşı, raket əleyhinə SM-3 kompleksi ilə silahlanıb.

Döyüş hazırlığı planına uyğun olaraq, Qara Dəniz Donanmasının ordu korpusundan olan bir zenit raket alayının bölmələri intensiv aviasiya uçuşları sahəsində ortaq tapşırıqları hazırlamağa başlayıb. Döyüş aviasiya və Qara Dəniz Donanmasının hava hücumundan müdafiə təyyarələrinin yerləşdiyi aerodromlarda döyüş təlimi tədbirləri keçirilir.

Təlimlərdə Su-24, Su-24MP, Su-30 SM qırıcıları, Be-12, AH-26 helikopterləri iştirak edir. Ümumilikdə manevrlərə təxminən 15 vahid aviasiya texnikası və 50 xüsusi texnika cəlb edilib.

Xəbərlər