130
Dünya 11 iyun — 12:21

Gürcüstanda koronavirusdan ölənlərin sayı 5 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 695 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb. Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 352 649, xəstəlikdən ölənlərin sayı isə 5012 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 337 820 nəfərin sağaldığı bildirilir.

Xəbərlər