304
Dünya 11 İyun 2021, 00:37

İsrail təbii xəz satışını qadağan edən ilk ölkə oldu

İsaril hökuməti ölkədə təbii xəzlə ticarəti qadağan edib.

Bu barədə “Doyçe Velle” (DW) məlumat yayıb.

Məlumata əsasən, qadağa elmi, dini və tədris məqsədləri üçün xəzin əldə edilməsinə şamil olunmur.

Bu qərarla yerli hökumət ölkənin dəb sənayesinin ətraf mühitə münasibətdə daha mülayim olacağına ümid edir. 

Qeyd edək ki, İsrail təbii xəzlə ticarəti qadağan edən ilk ölkə olub.

Qadağanın 6 ay sonra qüvvəyə minəcəyi bildirilib.

Xəbərlər