189
Dünya 10 İyun 2021, 22:31

Türkiyədə koronavirusdan daha 96 nəfər öldü

Türkiyədə son sutka ərzində 96 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saatda həm də 6408 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 313 min 098, pandemiya qurbanlarının sayı isə 48 min 524 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 186 min 726 pasiyent (son sutkada 6895 nəfər) sağalaraq evə buraxılıb.

Xəbərlər