365
Dünya 10 iyun — 21:51

“ABŞ-a qayıtmaq istəmirəm”

Avropa turnesi çərçivəsində Böyük Britaniyanın Baş naziri Boris Consonla Kornuoll qraflığında görüşən ABŞ Prezidenti Co Bayden oranın təbiətinə heyran qalıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden zarafatla ABŞ-a qayıtmaq istəmədiyini deyib.

“Möhtəşəmdir, evə qayıtmaq istəmirəm”, - Bayden bidlirib.

Xatırladaq ki, Bayden Avropaya bir neçə tədbirdə iştirak etmək üçün gəlib. Onların arasında G7 toplantısı, NATO-nun iclası və Rusiya Prezidenti Vladimir Putinlə sammit var.

Xəbərlər