200
Dünya 10 İyun 2021, 20:26

ABŞ Prezidenti Böyük Britaniyaya gedib

ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyaya səfər edib.

AzərTAc xəbər verir ki, Bayden iyunun 11-13-də Böyük Britaniyanın Kornvol şəhərində Böyük yeddilik ölkələrinin Zirvə görüşündə iştirak edəcək.

İyunun 11-də Cozef Baydenin Britaniyanın Baş naziri Boris Consonla təkbətək görüşü keçiriləcək. Görüşdə “Brexit” və Şimali İrlandiya protokolu haqqında müzakirələr aparılacaq. Həmçinin Transatlantik səyahət, Britaniya ilə ABŞ arasındakı münasibətlərini tənzimləyəcək Atlantika xartiyası barədə də fikir mübadiləsi aparılacaq.

ABŞ Prezidentinin Kraliça II Elizabetlə görüşəcəyi də gözlənilir.

Bu, Baydenin ABŞ Prezidenti seçilməsindən sonra ilk xarici səfəridir.

Xəbərlər