315
Dünya 10 İyun 2021, 17:54

Şoyqunun deputat bacısı vəfat etdi

Rusiya Dövlət Dumasının deputatı, ölkənin müdafiə naziri Sergey Şoyqunun bacısı Larisa Şoyqu vəfat edib. Bu barədə Rusiya Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverov öz feysbuk hesabında məlumat verib.

“Larisa Kujuqetovna Şoyqunun ölümü ilə əlaqədar ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. O, doğma Tuva Respublikasına fədakarlıqla sadiq qalan möhtəşəm bir insan idi, uzun illər Dövlət Dumasında Tuvanın maraqlarını müdafiə edib”, - deyə Neverov qeyd edib.

Xəbərlər