104
Dünya 12 may — 17:54

İranda koronavirusdan 366 nəfər ölüb

İranda ötən sutka ərzində 366 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da bu virusdan ölənlərin sayı 75 934 nəfərə yüksəlib.

Ötən sutka ərzində 16 409 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 707 761 nəfərə çatıb. Virus daşıyıcılarından 5 501 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İndiyədək 2 162 087 nəfər koronavirusdan sağalıb, 17,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Xəbərlər