153
Dünya 12 may — 17:07

Gürcüstanın baş naziri Ermənistandadır

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistana rəsmi səfəri başlayıb. Yerevanın “Zvartnots” hava limanında hökumət başçısını Ermənistan baş nazirinin müavini Tiqran Avinyan qarşılayıb.

İ.Qaribaşvili səfər zamanı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və xarici işlər naziri vəzifəsini yerinə yetirən Ara Ayvazyanla görüşəcək.

Baş naziri səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edir. XİN başçısının erməni həmkarı ilə təkbətək görüşü planlaşdırılıb.

Xəbərlər