101
Dünya 12 may — 16:25

Rusiyada daha 355 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində koronavirusa 8589 yeni yoluxma halı qeydə alınıb. “RİA Novosti” xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 905 059 nəfərə çatıb. Son bir gündə 355 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 114 331 nəfərdir. İndiyədək 4 518 529 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Xəbərlər